Menu

Litva Ukraynaya ölümcül silahların ixracına hazırdır

19.12.2021, 20:20
Litva Ukraynaya ölümcül silahların ixracına hazırdır

Litva Ukraynanı bütün vasitələrlə, o cümlədən öldürücü silahların ixracı ilə dəstəkləməyə hazırdır. “Report” xəbər verir ki, bunu Litvanın Müdafiə Nazirliyinin rəhbəri Arvidas Anuşauskas bildirib.

“Diplomatiya o zaman uğurlu olacaq ki, ölkə öz suverenliyini müdafiə etmək və təmin etmək üçün bütün vasitələrə malik olsun. Ukraynaya hər vasitə ilə dəstək vermək lazımdır, Litva buna hazırdır, o cümlədən Ukraynaya öldürücü silahlar ixrac etməklə”.

Müdafiə naziri Litvanın Ukraynaya hansı silah növlərini təhvil verəcəyini dəqiqləşdirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol