Demokratiya və İnsan Haqları Mərkəzi “Siyasi məhbuslar qeyd-şərtsiz azad edilsin” şüarı ilə piket keçirməyi qərara alıb.
“Media forum” saytı xəbər verir ki, qərar oktyabrın 29-da mərkəzə daxil olan siyasi partiyaların Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçirilən toplantısında qəbul edilib.
Piketlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilməsinə də qərar verilib.
Demokratiya və İnsan Haqları Mərkəzində 11 siyasi partiya (Klassik Xalq Cəbhəsi; Müsavat; Demokrat; Ümid; Azadlıq; Liberal Demokrat; Vətəndaş və İnkişaf; Aydınlar; Böyük Azərbaycan; Xalq; Azad Demokrat partiyaları) təmsil olunur.


Şərhlər