Bakının Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov dünyasını dəyişib.
Bu barədə “AzPolitika.info”-ya rayondakı mənbələrdən məlumat daxil olub.
60 yaşlı məhkəmə sədrinin vəfatının səbəbi haqda məlumat verilmir.
Xatırladaq ki, T.Mahmudov Pirallahı Rayon Məhkəməsinə sədr təyin edilməzdən əvvəl 6 il Gəncə Apellyasiya Məhkəməsinin sədri olub.
2010-cü ilin oktyabr ayında isə T.Mahmudovun həyat yoldaşı N.Mahmudova Bakıda yaşadığı evdə qətlə yetirilmişdi.
“AzPolitika”


Şərhlər