Avtomobilə odlu silahdan atəş açan keçmiş polis rəisi Rza Hacıyev həbs edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Məhkəməsində Hacıyev barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.
DİN-in məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbə sakini Hacıyevin münaqişə zəminində Şirzad Quliyevin idarə etdiyi avtomobilə atəş açması və hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Keçirilən əməliyyat nəticəsində Hacıyev saxlanılıb və “AKMS” markalı avtomat silah, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Xatırladaq ki, Hacıyev Bakının Sabunçu və Neftçala rayonlarının polis rəisi olub, hazırda təqaüddədir. O, Milli Qəhərəman Əlif Hacıyevin qardaşıdır. (Turan)


Şərhlər
Rəislər otstavkıya çıxanda onlara maqazin dolu avtomat bagışlayırlarmış eləmi? Yox bagışlamırlarsa onda hörmətli nazirimiz V. Eyvazova xahiş və təklif edirəm ki, təcili bütün işləyən və pensiyaya olan rəislər başda olmaqla qanunsuz silahların müsadirə edilməsi üçün bir əməliyyat keçirsin. Yoxsa bu rəislər hər keyfləri Miyanə olanda bizi avtomatla, qumbara ilə qırıb batıracaqlaq.. Yəqin müavinlərdə də snayper olar.....