Menu

Helikopter qəzasından sağ çıxan zabitlər partiya sədrini məhkəməyə verib

20.12.2021, 16:36
Helikopter qəzasından sağ çıxan zabitlər partiya sədrini məhkəməyə verib

Bu ilin noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Qaraheybət təlim mərkəzində baş vermiş faciəli hərbi helikopter qəzasından sağ çıxan zabitlər Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyevi məhkəməyə verib. Hərbçilər onun xüsusi ittiham qaydasında həbs olunmasını tələb edirlər.

"AzPolitika.info" xəbər verir ki, buna səbəb isə Ə.Əliyevin Youtube platformasında yayımlanan “Osmanqızı TV”-də səsləndirdiyi iddialar olub. Partiya sədri çıxışında iddia edib ki, DSX-nın sağ qalan hərbçilərinin qəza zamanı orada olması şübhə doğurur. "Onlar həmin helikopterdə olmayıblar. Qəza təsadüfi baş verməyib, bu təxribatdır",- Ə.Əliyev vurğulayıb.

Qeyd edək ki, Baş Prokurorluğun bu gün yaydığı məlumata görə, 14 zabitin həlak olduğu helikopterin "qara qutusu" oxunub: "Müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub…. Qəzanın səbəbi pilotların hündürlüyü nəzərə almadan "Şaq-Qaz" dəstəyini (aparıcı pərin ümumi addım dəstəyi) vaxtından əvvəl tam endirməsi, tanqaj bucağının (helikopterin burun hissəsinin yuxarı istiqamətdə üfüqi xəttə nəzərən dərəcəsidir) normadan çox artırılması, küləyin istiqamətinin və gücünün düzgün hesablanmaması olub..."

"AzPolitika.info"

Şərhlər

Seyid Ənhu 2021-12-20 21:39:09

Əgər ölkədə fikir və ifadə azadlığına tolerant münasibət varsa bu o deməkdir ki, hər bir insanın fikrinə hörmət edilməlidir. Şəxsən mən bir vətəndaş olaraq hörmətli Əli Əliyevi haqlı hesab edirəm. Çünki əks tərəfin eksperdizanın rəyini gözləmədən cəmiyyətə təqdim etdiyi arqument dövlət ərkanına sığmayacaq dərəcədə səbatsız və gülünc idi. Heç kimə heç nəyin məlum olmadığı bir vaxtda falçı kimi - kənar müdaxilə olmayıb, demək kimlərinsə özünü dərhal sığortalamaq cəhdi kimi başa düşüldü. Bax bu günki ikitirəlik də hansısa vahimə və tələskənlikdən doğan naşı təqdimatın sayəsində baş verd. Haqlı olaraq ictimaiyyətdə - kimlərinsə üz-gözünü cırmaqlamalayıb ətrafına tənzif yapışdırmaqla maraqlı qüvvələr cinayəti ört-basdır etdirmək istəyirlər kimi fikirlər yaranmağa və yayılmağa başladı. Ortada tutarlı fakt görməyənə qədər mən də belə düşünəcəyəm. Bildiyimə görə düşünmək qadağan deyil. Bu cür hadisələr baş verməyə də bilərdi. Əli Əliyev və onun kimi millətə məlum olan vicdan, bilik və intellekt sahibləri heç olmasa bəzi məsuliyyətli postlarda yer alsaydı. ALLAH şahiddir ki, Əli Əliyevi tanımıram və heç vaxt da heç bir partiyanın üzvü olmayacağam.

Poman 2021-12-20 21:35:33

100 metrdən çox yüksəklikdən sürətlə yerə çırpılan vertolyotdan sağ çıxmaq bir az şübhəlidir.

Azərbaycanlı 2021-12-20 17:47:20

Onun biri yəzi üz-başı sağ-salamat olan elə danışırdı dünya vecinə deyildir. Heç elə bil həlak olan 14 zabit onun zabit yoldaşı deyildir. Elə bil hansısa ölkənin prezidenti intervyü verirdi. Əli Əliyevdə nə günah var. Ona baxan hamı o fikirdə olardı.

Eli 2021-12-20 17:46:22

Azerbaycanda Milli herekatı hörmetden qismen hörmetden salan bu Eli bey ve onun kimi hekim ,müellim be elmi işçilerin Liderlik iddiaları olub ki onları n idareetmede buraxdıqları sehvler Xalq herekatınıns inamı qismen zeifletdi.Elçibey hakimiyyetini hörmetden salsnlar. da mehz bı kateqoriyadsn olanlar oldu ki bu günedek bu herekat tam ayaq üste durz bilmir.Sadece beş üç Lider bu gün de bir biri ile dil tspıb yola gede bilmir bes bunlar millionları mece arxalarınca aparmaw isteyirler .Sual budur.

Şekili 2021-12-20 17:20:56

Bu eli eliyev istintag yekunlaşmamış nə bildi ki, təxribatdır və yaralılar orada olmayıb?nostradamusdur yoxsa falçı?pilotun sehvi olub, 4 neferi bayıra tullayıb, 2 si sag galıb-prokurorlug bugun dedi, eli eliyevin falçılığıdır təxribat, eli eliyev dəyirdi məhkəməyə versinlər sübut edim, di get sübut et yutubda etdiyin boşboğazlığı

Eli 2021-12-20 17:04:12

Deyesen Eli bey de Selefi Etibar Memmedov kimi “güclü” nezeriyyeçidir.Men başa düşmürem bu ölkede hamı xüsusen herbçiler düşmendir,müxalifet ise Xalq adamı.Ay qardaş Sen hekimsen senetin hekimdir bunu yaxşı bile bilersen.Axı bu herb işi de senetdir be bu barede bu sahenin senetkarları-mütexessisleri fikir dese daha düzgün olar.Yoxsa eline mikrofon ve ya qelem keçen her kes özünü Dahi hesab edib millete ders bermesin özüne hörmet etsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol