Menu

Bakıda dəhşətli qəza: ölənlər və xeyli yaralı var

29.10.2014, 18:21
Bakıda dəhşətli qəza: ölənlər və xeyli yaralı var

Yaralılardan 4-ü azyaşlı uşaqdır

Bu gün Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda “HONDA” markalı minik avtomobilinin yol ayrıcındakı maneə çırpılması barədə məlumat daxil olub.

Nəticədə avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İsayev Rövşən Eldar oğlu və sərnişin 1984-cü il təvəllüdlü Qəhrəmanov Samir Bəhram oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobildə müxtəlif bədən xəsarətləri alanlar 3 nəfər (2 nəfər qadın, 1 nəfər kişi), 4 nəfər azyaşlı və hər 2 meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 15:02-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol