Menu

“Gürcüstanın NATO-ya üzvlüyü Rusiya üçün “qırmızı xətt”dir” - Lavrov

21.12.2021, 17:03
“Gürcüstanın NATO-ya üzvlüyü Rusiya üçün “qırmızı xətt”dir” - Lavrov

Rusiya Gürcüstanın zorla NATO-ya daxil edilməsi cəhdlərini “qırmızı xətt”in pozulması kimi qiymətləndirəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“NATO-nun genişlənməsi ilə bağlı mövqeyimiz hər kəsə məlumdur: əgər alyans Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşmağa davam edərsə, bu, “qırmızı xətt” olacaq”, - XİN başçısı vurğulayıb.

S. Lavrovun sözlərinə görə, Rusiyanın Avro-Atlantika regionda ümumi təhlükəsizlik kontekstində təhlükəsizlik zəmanəti ilə bağlı irəli sürdüyü təklifləri göstərir ki, Rusiya NATO strateqlərinin planlaşdırdığı ssenarilər üzrə hadisələrin mənfi inkişafının qarşısını almaqda maraqlıdır və bunu səmimi şəkildə edir.

Şərhlər

musa 2021-12-21 19:21:22

bu ruslar kecmiş ittifaq respublikaları arxa bağcası hesab edir . bu heyvanlar elə bilir ki bunların icazəsi ilə hər şey olmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol