Menu

"Rosneft"dən Putinə şok təklif

29.10.2014, 18:49
"Rosneft"dən Putinə şok təklif

Kommersant qəzeti yazıb ki, Rosneft Putinə Qərbə qarşı əks-sanskiyalar təklif edib. Bunlara kosmosda ABŞ-la əməkdaşlqdan imtina, Rusiyada ABŞ-ın və Avropa Birliyinin nüvə tullantılarının basdırılmasından imtina,Rusiyada Qərb şirkətlərinin və vətəndaşlarının əmlaknın müsadirəsi kimi tədbirlər daxildir.

Bunu Kommersant oktyabrın 29-da yazıb.

Putinin sözçüsü Peskov Rosneftin Putinə hər hansı təklif verməsini inkar edir.

Ancaq Putinin iqtisadi müşaviri Belousov və iqtisadiyyat naziri İlyukaevin dedikləri Peskovun dedikləri ilə düz gəlmir.

TASS-ın məlumatına görə, Belousov Rosneftin təkliflərinin yaxından öyrənildiyini deyib. O hətta deyib ki, Rosneftin təkliflıərində radikallıq indiki gərginliyi ötüb-keçir.

İnterfaksın məlumatına görə, Ulyukayev deyib ki, Rosneftin təklifləri çox mürəkkəb sənəddir, ancaq o düşünmür ki, bunlar hər hansı qərar verməyə əsas olsun.

Rosneftin verdiyi bəyanatda isə deyilir ki, şirkət Kommersantın yazdıqlarından dərin şoka düşüb və qəzeti məhkəməyə verə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol