Menu

Avropada qazın qiyməti ilk dəfə 2100 dolları ötdü

21.12.2021, 21:04
Avropada qazın qiyməti ilk dəfə 2100 dolları ötdü

Avropada birja ticarəti zamanı qazın qiyməti tarixi rekordları yeniləməkdə davam edir və artıq 1000 kubmetr üçün 2100 dolları keçib. Marja.az London birjasının (ICE) məlumatlarına istinadən xəbər verir ki, yanvar fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 2120 dollara yüksəlib (və ya MVt/saat üçün 181,47 avro)

Avropada qazın qiyməti bu gün 25%-dən çox artıb.

Fitch-in təbii ehtiyatlar və xammallar qrupunun baş direktoru Dmitri Marinçenkonun sözlərinə görə, qiymətlərin artması Yamal-Avropa boru kəməri ilə nəqlin azalmasına və Avropada mümkün soyuqlar barədə xəbərlərə reaksiyadır.

Bu ərəfədə “Qazprom” dekabrın 21-i üçün Yamal-Avropa qaz kəməri ilə Polşadan təbii qazın tranziti üçün imkanları yenidən sifariş etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol