Menu

İsraildə "omikron" ştamından ilk ölüm qeydə alınıb

22.12.2021, 09:49
İsraildə "omikron" ştamından ilk ölüm qeydə alınıb

İsraildə koronavirusun "omikron" ştamından ilk ölüm qeydə alınıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 75 yaşlı kişi koronavirusdan dünyasını dəyişib.

Qeyd olunur ki, o, peyvəndin cəmi iki dozasını qəbul edib və ikincisindən 6 aydan çox vaxt keçib.

Bu həftənin əvvəlində İsrailin Baş naziri Naftali Bennett bildirib ki, ölkədə koronavirusun beşinci dalğası başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol