Menu

13 yaşlı qardaşı qızını qaçıraraq təcavüz etməkdə şübhəli bilinən şəxs həbs olunub

22.12.2021, 10:57
13 yaşlı qardaşı qızını qaçıraraq təcavüz etməkdə şübhəli bilinən şəxs həbs olunub

Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıraraq təcavüz etməkdə şübhəli bilinən Elçin Mustafayev həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb.

E.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Xatırladaq ki, Yevlaxda 13 yaşlı qızın itkin düşməsi, E.Mustafayevin qardaşı qızını qaçırması barədə ilk xəbəri APA yayıb.

Şərhlər

t.ədalət 2021-12-22 11:46:08

Bu alçağın dərsini elə vermək lazımdır ki,onun özü zoirlanmağa məruz qalsın.Binamus gədə adamların müqəddəs qohumluq hissinə də ləkə saldı.

Ədalət 2021-12-22 11:21:22

Belə manyaklar məhkəmə olmadan edam edilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol