"Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur".
"Report"un xəbərinə görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin birgə həyata keçirdiyi “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrində əksini tapıb.
"Belə ki, çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır. Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir", - məlumatda vurğulanıb.


Şərhlər
Sahil Babayevə tutarlı cavabdır. Bəs demoqrafik vəziyyət yaxşı idi...
Sahil Babayev bir az da qalsa genefond məhv olacaq , uşaq pulu vermək olmaz ,çünki artım ola bilər ,MM-də bu sualı niyə vermirdilər indi hamısı bülbül kimi ötür , yoxsa Nazirin kitabı bağlanır ? ona görə baltalamağa başlayırlar ,bu deputatlar ? səs eşidiblər yəqin
Uşağı saxlamaq üçün, sağlam böyütmək üçün pul lazımdır. O isə çox azdır. Qoy az olsun, keyfiyyətli uşaqlar olsun. Çox olması nəyə gərəkdir?!