Menu

"Boşanmaların əsas səbəblərindən biri sosial şəbəkələrdir" - Deputat

22.12.2021, 12:05
"Boşanmaların əsas səbəblərindən biri sosial şəbəkələrdir" - Deputat

"Ailələrdə yaranan problemlərə, boşanmalara təsir edən əsas səbəblərdən biri də sosial şəbəkədir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa "Azərbaycanda mövcud ailə münasibətləri" ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, qapalı mühitdən çıxan şəxslər açıq platformalarda fikirlərini ifadə etməkdə çətinlik çəkirlər: "Amma bu, sosial şəbəkənin günahı deyil. Biz sosial şəbəkədə mədəniləşmə amilini inkişaf etdirə bilmədik. Sosial şəbəkədə dedi-qodu ilə məşğul olan insanların sayı çoxalıb. Bu sahədə texnologiyanın imkanlarını məhv etmişik".

Şərhlər

Fazil bəyə 2021-12-22 14:14:57

Boşanmalara təsir edən səbəb sosial uyğunsuzluqlardır.Sosial təminat,iş y maaşların bazarla uyğunsuzluğu,işsizlik, ,süni bahaçılıqvə dövlətin biganəliyidir.Monopolistlər qiymətləri süni artırır,dövlət susur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol