Menu

Mühasib mağazadan oğurladığı 65 min manatı Bakıda hotellərdə xərcləyib

22.12.2021, 12:42
Mühasib mağazadan oğurladığı 65 min manatı Bakıda hotellərdə xərcləyib

Salyan rayonunda inşaat materialları mağazasında oğurluq olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabr ayında qeydə alınıb.

Belə ki, İ.Ağayevə məxsus inşaat materialları mağazasından ümumilikdə 65 min manat pul oğurlanıb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın mühasibi Ruslan Mustafayev saxlanılıb.

İstintaqda ifadə verən R.Mustafayev bildirib ki, həmin pulların bir qismini Bakıda yeyib-içməyə, bahalı hotellərdə gecələməyə xərcləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol