Menu

Rusiyalıların 62 faizi SSRİ-nin dağılmasına təəssüflənir - 52 faizi bərpa olunmasını istəyir...

22.12.2021, 15:13
Rusiyalıların 62 faizi SSRİ-nin dağılmasına təəssüflənir - 52 faizi bərpa olunmasını istəyir...

Rusiyalıların 62 faizi SSRİ-nin dağılmasına təəssüf edir. Sovet İttifaqının süqutuna heyifslənənlərin 82 faizi 46-60 yaş arasında olanlar, 76 faizi yaşı 60-ı keçənlərdir. 56 faizinin yaşı 32-45, 28 faizinin yaşı 18-30 arasındadır.

Novator.az-ın məlumatına görə, bunu Rusiya İctimai Rəy Fondunun dekabrın 10-12-də keçirdiyi sorğunun nəticəsi göstərib.

Sorğu Rusiya Federasiyasının 53 subyektindəki 104 yaşayış məntəqəsində, 1500 nəfər arasında aparılıb.

Sorğu iştirakçılarının 21 faizi SSRİ-nin dağılmasına təəssüf etmədiyini söyləyib, 17 faizi isə Sovet İttifaqının süqutuna münasibətini formalaşdırmaqda çətinlik çəkib.

Sorğuda iştirak edənlərin 45 faizi bildirib ki, SSRİ-nin dağılması Rusiyanın ziyanına işləyib.

“SSRİ-nin bərpa olunmasını istərdizmi” sualına rəyi soruşulanların 52 faizi müsbət, 31 faizi mənfi cavab verib.

Respondentlərin 17 faizi SSRİ-ni bərpa etməyin mümkün olduğuna inandığını, 74 faizi inanmadığını deyib.

1922-ci ildə yaradılmış Sovet Sosialist Respublikaları İttifaqına dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.

Şərhlər

Eli 2021-12-22 15:35:06

SSRİ ancaq ruslara el verdn bir dövlet quruluşudur.Bu normal bir dövlet quruluşu olsaydı onu ele milliyyetce alman yehudi olan Marks Engels ele Slmaniyada taradardılar daha almanlat niye bunu Leninin eli ile Rysiysfa heyata keçirdiker .Niyd bu qurluşu fransızlar ,ingilisler,yaponlar ve ya amerikanlar öz ölkelerinde tetbiq etmediler,ona göre ki beşer tarixinde dövletler yaradıb fövletlet yıx eden dahi dövlet xadimleti bunun sonunun ne ile qurtaracsğını evvelden görürdüler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol