Menu

ABŞ-ın neft ehtiyatları 4,7 milyon barel azalıb

23.12.2021, 00:27
ABŞ-ın neft ehtiyatları 4,7 milyon barel azalıb

ABŞ-da neft ehtiyatları son həftədə 4,715 milyon barel azalaraq dekabrın 17-nə 423,571 milyon barel təşkil edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin məlumatında deyilir.

Bu gün axşam saatlarında Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçersləri 0,64% artaraq barreli 74,45 ABŞ dollarına, WTI markalı neftin dəyəri isə 0,92% artaraq 71,77 ABŞ dollarına çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol