İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni rəisi təyinatı olub.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla bu posta Məmməd Aslan oğlu Abbasbəyli gətirilib.
Qeyd edək ki, M.Abbasbəyli bu təyinatadək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində işləyib.


Şərhlər
Əgər belə bir Agentlik varsa və onlar fəaliyyət göetərirlərsə tarif şurasının bu oyunbazlığı niyə davam etməkdədir.Ölkə əhalisini bu bahalaşma,süni qiymət artımları çıxılmaz hala gətiririb.Bəs onlar harada yatırlar? Kərə yağının Azərbaycana daxil olma qiymətləri ilə satışı arasında 3-4 dəfə fərq niyə diqqətdən kənarda saxlanılır?Bunun kimi düyü.makaron və sair.Axı bu Agentlik bu məsələlərlə məşğul olmalı və xalq bunu hiss etməlidir.