"Günay Bank" ASC-nin sponsorluğu ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunan "Qələbənin Memarı" qısa filmi hazırlanıb.
Filmdə Prezidentin İlham Əliyevin müdrik siyasətinin, xalqın Prezidentə, onun da xalqına olan güvəni, igid və mərd oğulların səfərbərliyilə Vətən Müharibəsində Qələbənin təmin edildiyi vurğulanır.
Filmdə qeyd edilir ki, Prezident İlham Əliyev millətin rifahı üçün çalışır, Azərbaycanın səsini Dünyaya çatdırır, inkişafa, elmə və tərəqqiyə böyük önəm verir, bu səbəblərdən o, xalqın qəhrəmanı və fəxridir.
"Günay Bank"ın kollektivi, ölkə başçısını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Tanrıdan ona möhkəm can sağlığı və uzun ömür diləyir. Azərbaycanın inkişaf etdirilməsi yolunda cənab İlham Əliyevə uğurlar arzulayır və onunla həmrəyliyini bildirir.
Gecə saatlarında yayımlanmış və böyük marağa səbəb olan filmi təqdim edirik:


Şərhlər