Menu

Bakıda avtomobillə piyadaları vuraraq qaçan sürücülər saxlanılıb

24.12.2021, 12:47
Bakıda avtomobillə piyadaları vuraraq qaçan sürücülər saxlanılıb

Bakıda avtomobillə piyadaları vuraraq qaçan sürücülər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 23-də saat 8 radələrində Nəsimi rayonunun Bakıxanov küçəsində yolu keçən Bakı şəhər sakini Ş.Rəsulova müəyyən edilməyən avtomobillə vurulub.

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Ü.Mahmudov saxlanılıb.

Eyni zamanda, dekabrın 23-də saat 13 radələrində Nəsimi rayonunun Bakıxanov küçəsində yolu keçən Bakı şəhər sakini S.Məmmədli müəyyən edilməyən avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini O.Cumayev saxlanılıb.

Hər iki faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol