“İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası” təsdiq edilib.
"Report" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısını və tariflərini yenidən hesablayaraq təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qərarla qaydanın məqsədləri üçün nəzərdə tutulan marja tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa əməkhaqqı məsrəflərinin 15 faizi həcmində müəyyənləşdirilir. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərini formalaşdıran birbaşa xərclərin artımı 30 faizi keçdiyi hallarda müvafiq aktuar hesablamalar aparılmaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində tariflərə yenidən baxılır və “Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə uyğun olaraq Nazirlər Kabinetinə təqdim edilir.
Bildirilib ki, qayda qüvvəyə mindikdən sonra yeni xidmətlər zərfi təsdiq edilənədək bu qayda əsasında hesablanan tariflə mövcud xidmətlər zərfinə daxil olan tarif arasında fərq yaranarsa, onlardan aşağı məbləğdə olan tarif əsas götürülür.


Şərhlər
Özəl klinikalara köçürülən pulların müalicə olunan xəstələrin vəziyyəti ilə adekvat olmasına diqqət yetirilməlidir.Sadə bir misal kimi,onu deyə bilərəm ki,anju üçün özəl klinikalara göndərilən xəstələrə lazım olmadığı halda stendlər qoyulur.Yəni,əlavə pullar əldə etmək üçün klinikalar hər cür fırıldağa əl atırlar.
Tibbi sigortanin bonuslari gulunc mebleglerdir. Hekime tehkirdir. Bir xestenin qebulu 1m33 qep-dir. Bu meblege hansi keyfiyyetden ve hekim maragindan danishmaq olar? Od kise emeliyyatina gore operatora texmini 60 manat, assistente 18 manat(vergi chixilir, daha az olur). Bu ne biabirchiliqdir? Bu tarifleri hesablayanlarin tibbden anlayishi yoxdur.