Menu

Qlobal iqtisadiyyat 2022-ci ildə ilk dəfə 100 trilyon dolları ötəcək

26.12.2021, 22:47
Qlobal iqtisadiyyat 2022-ci ildə ilk dəfə 100 trilyon dolları ötəcək

2022-ci ildə ilk dəfə olaraq qlobal iqtisadiyyat 100 trilyon dolları ötəcək. Bu barədə Britaniyanın “Cebr” konsaltinq şirkətinin hesabatında bildirilib.

Hesabata əsasən, Çinin dünyanın bir nömrəli iqtisadiyyat kimi ABŞ-ı geridə qoyması əvvəllər düşünüldüyündən bir az daha uzun çəkəcək. Proqnozlara görə, bu 2028-ci ildə deyil, 2030-cu ildə baş verəcək.

Hindistan 2022-ci ildə Fransanı, 2023-cü ildə isə İngiltərəni geridə qoyacaq.

Hesabata əsasən 2033-cü ildə iqtisadi məhsuldarlığına görə Almaniya Yaponiyanı ötəcək. Bununla yanaşı, Rusiya və İndoneziya da 2034-cü ildə ilk onluğa düşə biləcəklər.

Mənbə: rossaprimavera.ru

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol