Menu

Polis işçisi ağır qəza törətdi, özü də öldü

30.10.2014, 09:27
Polis işçisi ağır qəza törətdi, özü də öldü

Samuxda avtomobil aşıb. Hadisə bu gün axşam saatlarında rayonun Əhmədbəyli kəndi ərazisində qeydə alınıb.

"Kəpəz" TV-nin məlumatına görə, Samux rayon sakini, 24 yaşlı Rza Həmzəyev idarə etdiyi “VAZ-2109” markalı avtomobillə hərəkətdə olarkən maşını aşırıb.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan Rza Həmzəyev Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkimi Şahin Quliyevin sözlərinə görə, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rza Həmzəyev Samux Rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşı imiş. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol