Menu

Milli Paralimpiya Komitəsində yeni təyinat olub

27.12.2021, 15:43
Milli Paralimpiya Komitəsində yeni təyinat olub

Azərbaycanda Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat olub.

MPK-dan "Report"a verilən məlumata görə, Natiq Qasımov qurumun fəxri vitse-prezidenti seçilib.

O, paralimpiya hərəkatının inkişafında fəal xidmətləri qarşılığında təltif olunub.

Qeyd edək ki, Natiq Qasımov daha əvvəl MPK-nın I vitse-prezidenti və Uşaq Paralimpiya Komitəsinin idarə heyətinin sədri vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol