Menu

“Azərbaycan 3 il yarım gözləyəcək və sonra...” - Koçaryan Laçın dəhlizinə görə narahatdır

27.12.2021, 20:02
“Azərbaycan 3 il yarım gözləyəcək və sonra...” - Koçaryan Laçın dəhlizinə görə narahatdır

Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Koçaryan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası mövzusuna toxunub.

“AzPolitika.info” xəbər verir ki, Qarabağdakı separatizmin əsas fiqurlarından olmuş Koçaryan Nikol Paşinyan hakimiyyətinin sərhədlərin delimitasiyasına razılıq verməsini tənqid edib.

Hərbi cani deyib ki, Ermənistan özünün hazırkı zəif durumunda delimitasiyaya getməli deyildi: “Diplomatik münasibətlər yoxdur(Azərbaycanla-red.), onlarsız isə delimitasiya da yoxdur. Biz demirik ki, sərhədlər yoxdur.”

Onun fikrincə, sərhədlərin delimitasiyası Azərbaycanın ərazi bütövlüyünün tanınması anlamına gəlir, bu isə Azərbaycana Laçın dəhlizində gömrük postu qurmaq imkanı verir: “Deyəcəksən ki, bu, 9 noyabr razılaşmasında nəzərdə tutulmayıb? Onda onlar 3 il yarım gözləyəcəklər və danışıqların gedişində Rusiyaya deyəcəklər ki, məsələ həll olunub, sülhməramlılar gedə bilərlər. İndiki hakimiyyət hər şey edir ki, sonra Qarabağ məsələsinin onlara heç bir aidiyyatının olmadığını desinlər. İndi suallar yaranır və onlar deyirlər: qoy ruslarla razılaşsınlar, bizə nə...”

Maraqlıdır ki, Moskvanın quyruğu olan Koçaryan Rusiyanın Azərbaycan-Ermənistan sərhədlərilə bağlı mövqeyinin əleyhinə çıxır. Belə ki, Rusiya sərhədlərin tezliklə delimitasiya və demarkasiya olunmasının tərəfdarı olduğunu dəfələrlə rəsmi şəkildə bəyan edib. Hətta bunun üçün özündə olan xəritələri də təklif edib. Ancaq göründüyü kimi, Ermənistanın Rusiyanın forpostu olması üçün əlindən gələni edən Koçaryan Moskvanın mövqeyilə ziddiyyət təşkil edən fikir bildirir. Görünür, bu da Rusiyanın “dovşana qaç, tazıya tut” siyasətinin kiçik təzahürlərindən biridir...

“AzPolitika.info”

Şərhlər

Mirzə Qafarlı 2021-12-28 07:51:28

Ocalanın tutulub türkiyəyə gətirilməsi əməliyyatını Qatil, cani Köçəryana qarşı keçirmək və onu qolu qandallı Azərbaycana gətirəndən sonra onun ağlı başına gələcək.

turan 2021-12-27 20:23:43

O şəxs Rusiyanın əmrini yetirir, araqarışdırmaqla. Ara qarışan yerdə İvan suda balıq kimidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol