Menu

Kanadada temperatur -55 dərəcə Selsiyə enib

27.12.2021, 21:42
Kanadada temperatur -55 dərəcə Selsiyə enib

Kanadanın mərkəzi və Qərb əyalətlərində ekstremal şaxta hökm sürür.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Milli Meteorologiya Bürosu məlumat yayıb.

Büro həmçinin kəskin şaxtalar barədə də xəbərdarlıq edib. Albert, Britaniya Kolumbiyası, Ontario və Saskaçevan əyalətlərində temperaturun -35-lə -55 dərəcə arasında dəyişəcəyi bildirilir. Hazırda gənclər arasında xokkey çempionatının keçirildiyi Edmontonda temperatur -45 dərəcəyə enib.

Sinoptiklər ekstremal soyuq havanın donmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Şərhlər

B.Cəfər 2021-12-27 22:38:02

Ey SAKİNLƏR, qısa atom dalğaları və zərərli istehsalla ƏTRAF MÜHİTİMİZ Günəş radiasiya ilə qızsa da hədsiz enerji çevrilməsilı məhvə doğru gedir. İlkən Kosmik cihazları endirmək və qənaətcil ümumfaydalı İŞLƏRƏ keçmək gərəkdir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol