Moldova prezidenti Maya Sandu ölkənin NATO-ya daxil olmasını istisna edib, çünki bu, ölkə Konstitusiyası ilə qadağandır.
“Report” xəbər verir ki, o, bu barədə “Pro” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, hələlik heç kim Konstitusiyaya dəyişiklik etməyi planlaşdırmır:
“Dövlətin əsas qanunu Şimali Atlantika Alyansına qoşulmağı qadağan edir. Biz bitərəf ölkəyik, əsas qanunu heç kim dəyişməyib, belə təşəbbüslər yoxdur, biz heç kimə hərbi təhlükə yaratmırıq, vəziyyətin sülh yolu ilə inkişafını istəyirik”.


Şərhlər
NATO-ya qoşulmaq istəyən ölkə,əslində belə çıxışlarla düşməni özündən kənar etməlidir.Besarabiyası hələ də Rusiyanın işğalında olan Moldovanın NATO-ya qoşulmaqdan başqa bir yolu varmı?