AĞ TAMAR MƏBƏDİ...

İlhami Cəfərsoy

Ermənilərin Ağtamar adlandırdıqları kilsənin və monastırın əsil adı Ağ Tamar olmuşdur. Həmin kilsə və monastır Van gölünün ortasındakı adada tikilmişdir. Xristianlıqdan əvvəl kilsənin yerində Tamar məbədi var idi. Həmin məbəddə ağ mərmərdən qadın bütləri saxlanırdı.

Ağ Tamar məbədi arxaik türklərin Tamar kultu ilə bağlıdır. Xristianlıqdan əvvəl Tamara sitayiş edən əcdadlarımız məbədə gələr, Tamarın bütlərinə qurbanlar kəsərdilər. Hətta bəzi adamlar qollarını yaralayıb öz qanlarını Tamarın bütünə çiləyərdilər.

Aleksey Nakkonun fikirincə, massagetlərin hökmdarı Tomrisin əsl adı Tamar olmuşdur. Akademik Marra görə, qədim miflərdəki Tamar və Samiram eyni qadınların adlarıdır.

Tomris adındakı -is yunan şəkilçisidir. Tomris dəmir qadın, yəni amazonka qadın deməkdir.

Başqa bir Tamar Turan xaqanı Alpər Tonqanın nəslindən idi. Nəzərə alsaq ki, amazonkalar Troyanı yunanlardan qoruyurdular, deməli Tamar kultunun daşıyıcıları olan babalarımız indiki Türkiyə ərazisində ən azı eradan əvvəl II minillikdən yaşayırdılar.

Türkoloji tədqiqat üçün maraqlıdır ki, Ağ Tamar kilsəsinin mehrabı ilk xristianlıq dövründə Kamar adlanırdı. 

Kamar Aran dilində: 1. Ayın haləsinə, 2. Kəmərə deyilirdi.

Ərəb dilindəki qəmər, yəni Ay sözü prototürk dillərindən alınmadır. Rollen hələ 1751-ci ildə yazırdı ki, Tamar və ya Ağ Tamar Ön Asiyanın çox qədim qadın kultlarından biridir.

Biz ermənilərin mənimsədiyi qədim xristian mədəniyyətinin yaradıcılarıyıq. Dərin tədqiqatla məşğul olmalı, öz mədəniyyət tariximizə sahiblik iddialarımızı irəli sürməliyik.

(Ətraflı bilgi üçün bax: İlhami Cəfərsoy. Kilsə və monastırlarımız. Bakı, 2020. Səh. 316-373.) 

635x100

Şərhlər

Qazi,f. doktoru Tahir Paşa 2022-01-09 12:15:48

Ali bey, bəs İngiltərədəki Şüvəlanlılar haqda nə deyərdiniz ? Siz ki, heç xeyrimizə bir söz yazmırsınız...Var olsun davamlı elmi çıxışlar sahibi İlhami Bəy ! O dediyiniz şübhelerden də Siz yazın ki, hamısı bizim olsun !Xalq seçecek və yerinə qoyacaq !

Azər 2022-01-03 11:09:47

Bu yazının elm ilə heç bir əlaqəsi yoxdur, müəllifin şəxsi fantaziyasının məhsuludur.

Ali 2021-12-30 22:48:00

Yaxşı olar ki, hörmətli İlhami bəy növbəti əsərini Ağdamın Şotlanlı kəndinin adına həsr etsin. Bu cənab bircə kəlməni intrepretasiya edərək, çoxaddımlı konstruksiyaları ilə asanlıqla isbat edəcək ki, indi kelt xalqlarından biri olub Britaniyanın şimalında yaşayan Şotlandlar 3 min əvvəl Qarabağdan-Şotlanlı kəndindən Qərbə köç etmiş qədim türk tayfasının nəsilləridirlər. Və hətta Şotland dilində 5-6 türk sözü də tapıb bu nözəriyyəni betona döndərəcək. Bilmək olmaz. Bəlkə əksini, yəni qədim türk olan şotlandların 3 min il əvvəl Britaniyadan köç edib Qarabağa gəldiyini və Britaniyanın qədim türk yurdu olduğunu isbat edəcək?.

Son yazılar