Menu

Rusiya və ABŞ Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparacaq

28.12.2021, 20:38
Rusiya və ABŞ Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparacaq

Rusiya və ABŞ Ukraynadakı vəziyyətlə bağlı yanvarın 10-da danışıqlar aparacaq. "Report" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.

“Rusiyadan Ukrayna məsələsində irəliləyiş gözləyirik. Bununla belə, Rusiya ilə prinsipial diplomatiya aparmaq da zərurətə çevrilir”, - rəsmi qeyd edib.

Onun sözlərinə görə, danışıqlar masası arxasında hər iki ölkə öz narahatlıqlarını ifadə edə biləcək.

Görüşün harada keçiriləcəyi ilə bağlı məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol