Menu

İlk dəfə Siyəzəndə ipoteka ilə mənzil və 180 daimi iş yeri - DEPUTAT AÇIQLADI (FOTO)

29.12.2021, 11:20
İlk dəfə Siyəzəndə ipoteka ilə mənzil və 180 daimi iş yeri - DEPUTAT AÇIQLADI (FOTO)

Bundan sonra Azərbaycanın rayonlarında da çoxillik ipoteka ilə mənzil almaq mümkün olacaq. İlk belə layihənin Siyəzən şəhərində həyata keçirilməsinə hazırlıq görülür. 

"AzPolitika.info" xəbər verir ki, bu barədə Siyəzən rayonunun deputatı Sadiq Qurbanov məlumat verib.

Deputat bildirib ki, dekabrın 28-də sözügedən layihənin təqdimatı olub. "Siyəzən rayonunda çox möhtəşəm bir tədbirin iştirakçısı oldum. Sevindirici hal ondan ibarətdir ki, ilk dəfə olaraq mənzil ipotekası kənd rayonlarına ayaq açır. Bildiyimiz kimi “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı əhatə edən dördüncü Dövlət Proqramının yerinə yetirilməsi və rayonların sosial-iqtisadi inkişafına özəl investisiyanın cəlb edilməsi prosesi ölkə rəhbərliyinin tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Bu kontekstdə Siyəzən rayonunda da əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yeni iş yerlərinin yaradılması ilə əlaqədar 2022-ci ildə iş adamları vasitəsilə müvafiq investisiyaların cəlb edilməsi prosesi uğurla icra olunur.

Belə ki, bu gün tədbirdə iş adamı, “Archico Engineering Company” MMC-nin direktoru Məhəmməd Musayev 2022-ci ildə Siyəzən şəhərində böyük bir sosial layihəni həyata keçirəcəklərini bəyan etdi. O, 1.54 ha ərazidə 360 mənzilli binaları tikərək ipoteka vasitəsi ilə gənclərə təklif edəcəklərini, bununla da ölkə rəhbərinin apardığı gənclər siyasətinə ciddi bir töhfə verəcəklərini qeyd etdi. Təqdim olunan layihə tək mənzillər yox, həm də 180 daimi iş yerinin yaradılmasına və rayon əhalisinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edəcəkdir".

Deputat layihənin həyata keçirilməsinə, vətəndaşlar üçün cəsarət nümayiş etdirdiyinə görə Məhəmməd Musayevə və bu layihənin baş tutmasına xüsusi diqqətlə yanaşdığına görə Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzova təşəkkürümü bildirib.

"AzPolitika"





Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol