ƏLİ HƏSƏNOVUN 500 MİLYON DOLLARLIQ SƏRVƏTİ... - Və traktorçu bacanağının müsadirə olunan 36 milyonluq əmlakı

Azərbaycanda hüquq-mühafizə və nəzarət orqanlarının və ümumilikdə məhkəmə-hüquq sisteminin hansı vəziyyətdə olduğunu göstərən çoxlu sayda biabırçı cinayət işləri və məhkəmə qərarları göstərmək olar. Lakin onların arasında Prezident Administrasiyasının sabiq şöbə müdiri, ölkə başçısının ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun yaxın ətrafına aid şəxslərə qarşı cinayət işi xüsusilə seçilir.

Məlum olduğu kimi, bir müddət əvvəl Əli Həsənovun kurasiyasında olan KİVDF-nin sədri Vüqar Səfərli başda olmaqla, bir neçə nəfərə məhkəmə hökmü elan olundu. “Əli Həsənovun cinayət işi” adlandırılan bu işdə Vüqar Səfərliyə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, digərlərinə isə müxtəlif müddətə şərti cəzalar verildi. 

Həmçinin, sözügedən şəxslərdən Vüqar Səfərlinin və Ədalət Vəliyevin (Əli Həsənovun bacanağı-red.) əmlakları müsadirə olundu. Bunlardan da ən qiymətlisi formal olaraq Əli Həsənovun savadsız, düz-əməlli imza atmağı belə bacarmayan, keçmiş traktorçu bacanağı Ədalət Vəliyevə aiddir - 36 milyon manat! Səfərlinin müsadirə olunan mal-mülkü isə 2-3 milyon civarındadır.

Rəsmi ittihama görə, jurnalistlər üçün bina tikintisində 18 milyon manatlıq yeyintiyə yol verilib. Bu, müsadirə olunan məbləğin yarısı deməkdir. Lakin unutmayaq ki, Ə.Həsənov jurnalistlər üçün hər üç binanın tikintisindən külli miqdarda qazanc götürüb


Bəzi məlumatlara görə, təkcə birinci binaya görə podratçı şirkət ona 7 milyon manat “şapka” ödəyib. İkinci və üçüncü binalarınsa hər birinin birincidən az qala iki dəfə böyük olduğunu nəzərə alsaq, təkcə bu tikintilərdən oğurlanan və Həsənova çatan pulun miqyasına dair aydın təsəvvür yaranar...

Əslində, əvvəldən məlum idi ki, bu işin sözügedən cinayətdə sadəcə imzası ilə iştirak edən və yüksək vəzifəli bacanağının zibilinə düşən Ə.Vəliyevə heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq, bu işdə rəsmən məsul şəxs kimi adı keçən Vəliyevin 36 milyonluq əmlakı müsadirə olundu. Ancaq o da məlum oldu ki, bu əmlak Vəliyevin yox, şəxsən Əli Həsənovun əmlakıdır. Çünki sözügedən əmlak Ə.Həsənovun oğlu Şamxal Həsənovun adına olub və o, istintaq dövründə əmlakı iş üzrə təqsirləndirilən Ə.Vəliyevə bağışlayıb.

Daha sonra əmlakın üzərinə həbs qoyulub, məhkəmə isə onun müsadirə edilməsi ilə bağlı hökm çıxarıb. Bu, o deməkdir ki, hakim də, prokuror da yaxşı bilir ki, bu işin başında duran da, əmlakı müsadirə olunan da Əli Həsənovun özüdür. Lakin Azərbaycan reallığının ortaya qoyduğu mənzərə ondan ibarətdir ki, bu adama qarşı heç bir rəsmi iddia yoxdur və o, əmlaklarının heç də böyük olmayan bir hissəsindən özünü və yaxınlarını həbsdən qurtarmaq üçün vaz keçsə də, ümumilikdə ən azı 500 milyon dollarlıq qalan var-dövləti, mal-mülkü, sərvəti, biznesi ilə həyatını davam etdirir...

Bəli, hələ Həsənov vəzifədə olarkən ölkə mətbuatına onun malik olduğu var-dövlətin, mülklərin bir qismi bəlli idi. Bu siyahı heç də Mətbuat prospekti 23-də yerləşən və hazırda müsadirə edilən 36 milyonluq Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binası ilə (Yeri gəlmişkən, sözügedən ünvanda 2 belə bina var, ola bilsin ki, müsadirə olunan heç BMM-in binası deyil, onun ekiz tayıdır-red.) məhdudlaşmır.

Bu siyahıya Həsənovun ailəsinə aid “Kaspi” Təhsil Mərkəzi və onun ölkə ərazisindəki, eləcə də paytaxt Bakıdakı çoxsaylı filiallarından tutmuş “Xətai” klinikasına, həmçinin müsadirə olunan BMM-in binasının qonşuluğundakı eyni ölçü və görünüşdə olan digər binaya qədər çoxsaylı əmlaklar aiddir. Buraya İsveçrədəki bir neçə milyonluq villa, Türkiyədəki biznes başda olmaqla, xaricdəki əmlak və biznesləri də əlavə etmək olar. Həsənovların bu əmlaklarının, bizneslərinin dəyəri və mətbuata bəlli olmayan digər var-dövləti toplansa, bəlkə də ortaya 36 milyondan az qala 36 dəfə böyük rəqəm çıxar.

Yeri gəlmişkən qeyd edək ki, Əli Həsənova aid, BMM-in yaxınlığındakı eyni quruluş və ölçüdə olan digər oxşar binanı Dövlət Gömrük Komitəsinin İdarələrindən biri uzun illərdir ki, icarəyə götürüb və hazırda da buna görə böyük məbləğdə kirayə haqqı verir. Bu isə o deməkdir ki, uzun illər dövlətin mətbuat, ictimai-siyasi mühit, qeyri-hökumət təşkilatları və s. ilə bağlı siyasətində əsas fiqurlardan biri olan, yastı-yastı nitqlər söyləyən, özünü dövlət adamı kimi təqdim edən bu şəxsin hiyləgər korrupsioner və talançı olduğunun üzə çıxmasına, başqalarının adı arxasında gizlənərək törətdiyi cinayətlərin sübuta yetirilməsinə, bir sözlə, bütün bu biabırçılıqlara baxmayaraq, Azərbaycan dövləti onu cəzalandırmaq əvəzinə, hələ öz büdcəsindən ona kirayə haqqı da ödəyir!... 

Burada ayrıca götürülmüş Əli Həsənov personasından və onun korrupsiya əməllərindən heç də əhəmiyyətsiz olmayan başqa bir məsələ də var. Söhbət Həsənovun uzun illər tutduğu vəzifədən və bu vəzifənin verdiyi korrupsiya imkanlarının miqyasından gedir. Belə ki, Həsənovun büdcə vəsaitlərinə birbaşa çıxışı, tenderləri, dövlət satınalmalarını yerinə yetirmək, vəzifə təyinatı həyata keçirmək, vergi toplamaq, cərimə kəsmək və s. kimi “yağlı” korrupsiya səlahiyyətləri olmayıb. 

Onun əsas gəlir mənbələri “Azərbaycan” nəşriyyatının, həmçinin, Vüqar Səfərlinin bir zamanlar rəhbərlik etdiyi “Azərmətbuatyayım”ın, eləcə də “Azərkitab”ın əmlaklarının talan edilməsi, büdcədən cəmiyyətin ən ağır sosial-iqtisadi duruma malik kəsimlərindən olan jurnalistlərə, mətbuata ayrılan vəsaitlərdən oğurluq edilməsi kimi heç də nəhəng sayılmayacaq istiqamətlər olub.

Ancaq bu şəxs acgözlük sarıdan digər daha samballı korrupsiya imkanlarına malik nazirlərdən və digər iri məmurlardan geri qalmayıb və hətta bəzən onları üstələyib də. Əgər belə olmasaydı, heç olmasa jurnalistlər üçün tikilən binalardan aldığı “şapka”larla, tikintidəki yeyintilərlə kifayətlənərdi. Lakin adam bu da azmış kimi, həmin binalardakı mənzillərin bölgüsü zamanı da öz iştahasını gizlədə bilmədi və həmin mənzillərin bir qismini gerçək jurnalistikaya aidiyyatı olmayan yaxın adamları arasında bölüşdürdü, pay-püşk etdi...

Demək istədiyimiz odur ki, vəzifəsi etibarilə korrupsiya imkanları nisbətən məhdud olan Ə.Həsənov belə təkcə ölkə daxilində (hələ xaricdəki mal-mülkünü demirik) dəyəri 10 milyonlar deyil, yüz milyonlarla ölçülən varidata sahiblənib və bunu hər kəs bilsə də, bu gün ona “gözün üstə qaşın var” deyən yoxdursa, indi görün büdcə vəsaitlərinə birbaşa çıxışı olanlar, tender qərarları imzalayanlar, dövlət satınalmaları edənlər, öz şirkətlərinə böyük tikintilər verənlər, dövlət əmlakını satanlar, vergi, gömrük rüsumu toplayanlar və digər “yağlı” korrupsiya imkanı olan sahələrdəki “gəlmiş-keçmiş” məmurlar nələrə sahibdirlər...

Bu gün mütəxəssislər işğaldan azad olunan ərzilərimizin bərpasına 20 milyard dollara yaxın vəsait lazım olduğunu bildirirlər. Azərbaycanda Ə.Həsənovdan qat-qat daha artıq korrupsiya imkanları olan və bu imkanlardan istifadə edən məmurlar olub və var. 20 milyard, təbii ki, böyük məbləğdir, lakin təkcə Həsənov kimisinin varidatı 100 milyonlarla ölçülürsə, o zaman Eldar Mahmudovdan Fazil Məmmədova, Hacıbala Abutalıbovdan Abid Şərifova, Əhməd Əhmədzadədən Tağı Əhmədova, Zakir Qaralovdan “Qaçqınkom” Əli Həsənova, Ziya Məmədovdan Ramiz Mehdiyevə, Oqtay Əsədovdan Qorxmaz Hüseynova qədər sadaladığımız və sadalamadığımız çoxsaylı məmurların və bəzi oliqarx deputatların varidatını üst-üstə toplasaq, alınan məbləğlə iki-üç Qarabağ boyda ərazini yenidən tikib-qurmaq olar. 

Bunun üçünsə hökumət kasıb-kusubun, pensiyaçının, əlilin boğazından yox, belələrinin “piyindən” kəsib götürməlidir...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2022-01-20 09:40:25

Kasıbın, yoxsulun, imkansızın balasının qanı-canı hesabına Qarabağ alındı, yuxarıda adları çəkilənlərin balaları kefində yaşayır, Ziyanın oğlu arvadına evdə yox böyük bir məkanda ad günü keçirir, bir başqasının Qaçqınkom Əlinin nəvəsi 4-5 insanı maşınının təkəri altına salır, nə isə dövran onlarındır, biz də bir parça çörəyə möhtacıq...

Veteran 2022-01-04 18:54:09

Bəli ölkənin sərvətini üzün illərdir bunun kimi traktorçular,naxırçılar, yamaqçılar,bərbərlər.ferma müdürləri,bazarkomlar,əyyaşlar daha hansı zadlar talayırlar.Amma az qalıb.Bir auldan olan belə eşşək minənlərin "bəyliyinin"sonudur.

faragat 2022-01-02 23:26:49

kecmisdeki kimi dovlet malini yeyene güllelenme olsaydi belke de...........

millət 2022-01-02 00:13:10

Bunların hamısını başda Ramiz Mehdiyev olmaqla içəri atmaq, oģurladıqlarını da uşaq puluna yönəltmək lazımdır. Guya kimin nə qədər oģurladıģnı bilmirdilər?

SOS 2022-01-01 18:02:06

Bunların başçısı hal-hazırda AMEA-da gözdən iraq özünə korrupsionerlərdən şəbəkə qurmuş öz ampulaasında biznesini genişləndirən Ramiz Mehdiyevdir. Heç kim onun əməllərindən yazmır. AMEA-nı dağıdır. Soyub-talayır.

Murtuz 2022-01-01 15:26:09

Burnundan gəlsin, irin zirin olsun. Şəhidləriimizin tökülən qanına qurban olasan.

A.M. 2022-01-01 10:22:42

Hörmətli Cəlal bəy! Ramiz Mehdiyevin AMEA-da yaratdığı yeni korrupsiya şəbəkəsindən də yazın. Qızının qaynı Fikrət Əliyevi də işlər idarəsinə müdir qoyub. AMEA-nı holdinqə çevirib. Bir neçə imstitut direktoru, o cümlədən Hüquq və İnsan Haqları İnstitutun direktoru ilə dövlətin elm üçün ayırdığı pulları sağa-sola xərcləyir.

Alimlər 2022-01-01 10:16:45

Növbə Ramiz Mehdiyevə nə vaxt çatacaq? AMEA-nı söküb dağıdır. Olan-qalan elmi də məhv edir. AMEA-nı korrupsiya yuvasına çevirib. AMEA-nın ərazilərini satır, müxtəlif ticarət obyektləri tikdirir.

Cəmşid Dərələyəzli 2021-12-31 11:26:01

Haqq o zaman yerini alar ki, dövlət strukturlarında başda oturub əmr edənlər və o əmrlərlə ölkə büdcəsini talayan birinci şəxslər zindanda böyür-böyürə otursunlar. Eyni zamanda da taladıqları bütn sərvətlər son qəpiyinə kimi büdcəyə qaytardılsın. Saakaşvili o zaman bu yolla məmurları zərərsizləçdirdi, onların əksəriyyəti zindandan çıxanda imkansızlıqdan taksi sürürməklə məşqul oldular.

Camal 2021-12-31 02:55:56

Məqalədə bu adlarını çəkmək istəmədiyim ünsürlərin xalqdan oğurladıqlarını bunların "varidatı", "sərvəti" kimi savadslz ifadələr işlədilməsin.

Veteran 2021-12-30 23:58:05

Əxlaqsız yırtıcılar.Belələrini ....

Ənvər Əliyev 2021-12-30 11:42:48

Belə Vətən, Millət hissindən uzaq, gədə-güdələrin hökmranlıq elədiyi ölkədə yaşamağa-yaşamaq demək olarmı?!

Mənsim 2021-12-30 07:55:54

Bir muhəndis kimi bildirim ki,baş podratcı təşkilat 7 milyonu elə-belə verməz. Deməli tikintinin smetası əvvəlcədən şişirdilib O binaların smeta dəyərini də araşdırmaq lazımdır.

İlham 2021-12-30 01:12:59

Çox sanballı və reallığı əks etdirən məqalədi.Görəsən bütün bunlardan sonra nəsə dəyişəcək?İnanmaq çətindi, ancaq başqa çarə də yoxdu.Doğrudan da xalqın malını talayanlar azadlıqda gəzir, əvəzində onların köməkçiləri, aparat rəhbərləri bir sözlə bu işə aidiyatı olmayan adamlar cəzalandırılır..

M.Q 2021-12-30 01:06:07

Burunlarından gələr inşaallah. Bircə o qoca əli həsənovu da çəkələr dar ağacına.nə olaar....

Tofiq 2021-12-30 00:26:59

Əli Həsənova görə Vüqar Səfərliyə 10 il iş kəsən bu ədalətsiz rejim düşünün biz adi vətəndaşlara nələr etməz? Adamın tükləri biz-biz olur. Məhkəmənin gedişatını bu saytdan oxuyurdum. Bütün ifadələrdə Əlinin adı çəkilir, hamısı deyir ki, pulu Əli və ailəsi yeyib, oğlu arvadı vəs.. amma nəticəsi nə oldu? Hakim Vüqarı günahkar bilib 10 il iş verdi. Sual yaranır, bu hakimiyyət Əlinin nəyindən belə qorxur ki, ona heçnə edə bilmir? Adamı hörmətsizcəsinə işdən çıxardıb şöbəsini də ləğv elədilər. Amma özünə və yaxınlarına heçnə edə bilmirlər. Demək ki, Əlinin qələmi sındırılsa da özünü sındırmağa hələ də hakimiyyətin gücü çatmır.

Maisə 2021-12-29 22:06:39

Düz deyirsən qardaş. Bu korrupsia talana qarşı mübarizə deyil millətin gözünə kül üfürməkdir. Kim aparacaq mübarizə hamısı belədir. İçərisində bir salamatı varmı. Hamısı belədir

əlil 2021-12-29 20:03:33

əlillərin pensiyalarını kəsənlərə lənət olsun..

Eli 2021-12-29 18:47:02

Xalqın kadıb zümresinin övladlatı Qarabağın azad edilmesi uğrunda vuruşub Veten torpağlarını xain düşmenlerden temleyib Şehid,Qazi olurlar bu Allahsızlarsa Xalqın adından danışıb onun Halal Haqqını yeyirler.Allah bunu götürmez ,bınlar da öz cezalarının alarlar....

Faiq 2021-12-29 16:47:51

Hələ burada adı çəkilməyən.hələ da soymaqda davam edən nazirlər,Komitə sədrləri,Agentliklər var. ....

Sabir 2021-12-29 16:45:21

Gözəl mövzu və materialdır.....

Azərbaycanlı 2021-12-29 16:39:28

Onun 1 milyard dəyərində pulu kapitalı var burada ofşorlarda. Nəinki onun hamısının. Heç nə də əlindən alası deyillər. ....

Mayis 2021-12-29 16:36:21

Maraq doğuran odur ki,cinayətləri,rüşvət və korrupsiyası dəfələrlə tsdiqlənən şəxslər azad,sərbəst gəzməkdə davam edirlər.Bir yetim Müslümov cəlb edilib.....Qanunun bəzilərinə işləmədiyi açıq otada olduğu halda niyə tədbir görülmür,ictimaiyyət mlumatlandırılmır?

TT 2021-12-29 16:27:12

Kaspi ) onundu

Niyaməddin 2021-12-29 15:11:47

Təşəkkür edirik Cəlal bəy! Ağır, gecələr yatmayıb qazandığım 300-400 manat məvaciblə ailəmi üzüqara, söz-söhbətlə bir təhər dolandırıram. Bu lənətlənmişlərin üzündən təkcə Qarabağımız yox, kasıb vətəndaşlar da gözləməli, dərd, qəm çəkməli olur. Allah bütün zalımların belini qırsın, dünya və axirətdə daim yanıb zülm çəksinlər...

RR 2021-12-29 15:06:28

Shekinin IB yaddan cixmasin !!!

Roma 2021-12-29 14:38:58

Bunlar Xalqın malını varını mənimsəmiş, Xalq düşmənləridir. Ancaq hansını dindirsən, biri elə bu Əli Həsənov, pafosnan Dövlətçilikdən danışacaq...

t.ədalət 2021-12-29 13:47:45

Büdcəni,digər sahəni əlinə alan kimi məhv edirlər.Söhbət hələlik Əli Həsənovun əmlak pramidalarından gedir.Hələ arvadı Sona xanımın mülklərinə diqqət ayrılmayıb.

Mubariz 2021-12-29 13:28:11

C. Məmmədov ,nə istəyirsən bu yetim ,fağır ,kasıb insanlardan ? Əjdahalar hələ də iş başındadır ,çapıb talayırlar

vətəndaş 2021-12-29 13:25:52

növbədə zakir qaralovdur

Son yazılar