Azərbaycan bəzi nazirlərin, deputatların, iri ranqlı məmurların on illərlə vəzifədə qalmasına imkan yaradılan və bu baxımdan sayı elə də çox olmayan ölkələrdən biridir. İnsaf xatirinə deyə bilərik ki, xüsusilə də 2017-2018-ci illərdən başlayaraq, ölkədə kadr bazasının yenilənməsi, köhnə kadrların daha gənc kadrlarla əvəzlənməsi prosesi müşahidə olunmağa başladı. Bunun hansı müsbət və ya mənfi nəticələri barədə çox danışmaq olar. Lakin zatən hər şey göz qabağındadır…
“Köhnə qvardiya”nın Ramiz Mehdiyev, Oqtay Əsədov, Vasif Talıbov və digər “kötükləri” yola salınandan sonra belə, xeyli sayda “uzunömürlü” məmurlar və deputatlar hələ də vəzifədə qalmaqdadır. Əlbəttə, onların bir çoxu öz vəzifəsinin öhdəsindən yenə də lazımınca gələ bilir və bəziləri uzun illər eyni vəzifəni daşıyırlar.

Pezident Adminstrasiyasında və Nazirlər Kabinetində uzun illər yüksək vəzifələr daşıyan məmurlar var. Zeynal Nağdəliyev, Fuad Ələsgərov, Bəylər Əyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Əli Əsədov, Samir Şərifov, Şahin Mustafayev və digərləri.
Ancaq məsələn, Əli Əhmədov, Mübariz Qurbanlı, Səyyad Aran kimi parlamentdən Nazirlər Kabinetinə, oradan isə yenidən parlamentə göndərilənlər də var. Bu “rotasiyaların” nə ilə bağlı olduğunu demək çətindir…

Parlamentdə isə “Köhnə qvardiya”nın sıraları sıxlığına görə heç də icra strukturlarından geri qalmır. Orada 5 dəfə ardıcıl deputat olan 84 yaşlı Ziyad Səmədzadədən, 7 dəfə deputat olan 80 yaşlı Eldar İbrahimovdan, 6 dəfə deputat olan Səttar Möhbalıyevdən tutmuş yenə də dəfələrlə deputat vəsiqəsi alan Siyavuş Novruzova qədər xeyli sayda “Köhnə qvardiya” üzvləri var.

Belələri diplomatik korpusda da az deyil. Buna misal olaraq, cəmi bir neçə ay əvvələ qədər uzun illər Azərbaycanın Rusiyada səfiri olmuş, hazırda isə parlamentdə təmsil olunan Polad Bülbüloğlunu, yaxud Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevi göstərmək olar.

Bir də var Baş nazirin 80 yaşlı birinci müavini Yaqub Eyyubov. Ona və onun kimi bəzi fiqurlara başqa kontekstdən də yanaşmaq olar. Mətbuatda Ramiz Mehdiyevdən sonra az qala Rusiyanın “ikinci adamı” kimi təqdim olunan Y.Eyyubov bu bağlılığından dolayı, digərlərindən fərqli olaraq, bir növ siyasi yük daşıyan biri kimi təsir bağışlayır.

Onun Rusiyanın məlum dairələri ilə sıx əlaqələri, özünün və oğlunun milyardlıq biznesləri, bank hesabları barədə məlumatlar dərc olunsa da, Eyyubov sanki “odda yanmaz, suda batmaz” statusunda qalmaqdadır. Yeganə sual budur ki, onu əvəz edə biləcək yeni kadrlar yoxdurmu, yoxsa onu və onun kimi bəzilərini vəzifədə saxlayan hansısa başqa cəhətlər və səbəblər var?...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Köhnə qvardiya yox.quldur dəstəsi!
Məndən soruşursan?
Yəqin başqa planetdəsəniz.Bir aşağı enin.Azərbaycan cəngəllik qanunlrı ilə idarə olunur. Bunu hamı bilir,Ancaq rejimin qurduğq represiya.qorxu atmosferinin davam etirilməsnə şərait yaradıb.i
Yeni kadrlar da khnə kadrların evladları,qohum əqrabaları və ya rüşvətlə təyin olunanlardır.Tərcüneyi halları yarımçıq verilir.Guya Bakıda anaan olublar.yəni Bakı kökənliirlər.Axı hamı bilir ki,onlar Bakıya yığılma adamların evladları və hənm də qarışıq milliləri çoxdur.Məsələn.Sahil Babayev
Əgər doğru və düzgün maraqlanıb araşdıran olsa bunların və yerdə qalan rusbaşların qarışıq millilikləir.daha doğrusu erməniyezii kürd və rus millətləri ilə qarıışıq olduqları ortaya çıxaaq.Bəs onlar Azərbaycanda hakimiyyətə necə yol tapıblar? Məsələnin kökü ,Azərbaycan xalqının belə yerin alti,üstü var dövlət olan ölkədə ağır həyat sürməyə məcbur edilməsini görməzdən gələn hakimiyyətdədir.
Məncə insan özü abırlı-həyalı olmalı, millətdən ayıb etməli, oturduğu kreslonu zamanında və üzqsulu tərk etməlidir . Ən azından yaxın ətrafı onu bu nəcibliyə məcnur etməlidir. Əgər adam israr edirsə demək ki, utanc hissini itirmiş bir cahildir. Beləsinə müdriklik və ədəb yaraşmır. Buraxın olduğu kimi də qalsın və oturduğu kreslodaca qaxılıb ölsün.
Dovlet hesabiña rus mektebleri baglanmasa bunlarda bitmeyecek o mekteblerde oxuyan yeni nesilde Behram Bagirzade ve Ayaz Salayev kimi turk dusmeni olacaq.Bu meseleni kokunden hell elemek lazimdi
Səbəblər faha öndədir.Bunlar yuxarıdan mühafizə olunuqarından .qanun tanımır, hər şey onlara güzəştə geildiyi göz önündə oluğuna baxmayaraq öz qara işlərini davam etdirirlər.binlar rus meyilli və rüs "uşaqlarıdır."
Ölke rehberliyi hümanistlik göstere biler bu tebiidir,Şexs de gerek bir insan kimi bu reftara uyğun hereket ede,axı ictimai maraqlar şexsi maraqlardan üstün tutulmaludır mence.