Xəbər verildiyi kimi, AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Naxçıvan Gömrük Komitəsinin sabiq sədri Səhət Həbibbəylinin rəhbərliyi dövründə 100 milyonlarla dollar vəsaitin mənimsənildiyi üzə çıxıb.
S.Həbibbəylinin bununla bağlı etiraflarını əks etdirən istintaq materialları mediada yayımlanıb. Lakin S.Həbibbəyli hazırda azadlıqdadır…
“AzPolitika” xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli İsa Həbibbəylinin qardaşı Yaqub Həbibbəylinin Türkiyədən Azərbaycana tekstil idxalı ilə məşğul olduğunu və S.Həbibbəylinin öz vəzifəsindən istifadə edərək, onu gömrük rüsumu və vergilərdən yayındırdığına dair paylaşım edib: “AMEA-nın prezidenti İsa Həbibbəylinin qardaşı Yaqub Əkbər oğlu Həbibbəyli Türkiyədən Azərbaycana tekstil idxalı ilə məşğul olub. İsa Həbibbəylinin oğlu Səhət Həbibbəyli Naxçıvan Gömrük Komitəsinin rəhbəri olarkən o, Türkiyədən gətirdiyi malları gömrük qeydiyyatına aldırmadan sərbəst keçirib.
Sizə bir fakt deyirəm, araşdırılsın görək 2021/11/14 tarixində "Türkaylar" tekstil sanayi ve ticaret anonim şirkətindən Yaqub Həbibbəylinin adına alınmış 11 ton 750 kq çəkisi olan (21079,50 dollar dəyərində) ipliklər gömrük qeydiyyatında keçib yoxsa yox?!”
İddialarla bağlı Yaqub Həbibbəylinin də mövqeyini dərc etməyə hazırıq.
“AzPolitika.info”

Şərhlər
Hələ Akademiyada oturub buna qulaq asnları nə düşünürlər?.Görəsən, onlar orada beləsinə baxıb xəcalət çəkirlər? Nəysə, İsanın akademkliyi dünyanın 8-ci möcüzəsidir,əməlli anekdotdur.
Qalıpsan lap məətəl,Adam özünə aynada baxır,özünə sual verir,deyirmi ki,mən hara elm hara,hələ Akademiyanı qoyaq qırağa.Oğlunu gömrüyə niyə soxuşdurmuşdu.Puladan yana.Gedib biznesmən olaydın da,ferma açaydın,nə bilim vallah.Deyirlər ki,Mirzə Cəlili araşdırıb.Yəqin arxivdə zadda qurdalanıb.Elə Mirzə Cəlilin yazdığı personajın özüdürki var.
bu ne demekdi atasi helede Akademiyanin prezidentidi ozu istefa vermelidi ki ayibdi daha
Akademiyanın prezidentinin fundamental elmlərdən birini gərək mükəmməl bilə.Həmişə belə olub ki,AKademiyanın prezidenti bunalara yiyələnən şəxs olub.Bu adam ədəbiyyatı çox zəif bilir.İndi deyin görüm,bunun fizika,kimya,matematika,biolgiya,geologiya,fəlsəfədən elementar anlayışı var.Yoxdur,Onda necə olur ki,alimləri yığıb iclas keçirir.Bəs,bu cür insanın oğlu,qardaşı necə olacaq ki?
Nə qədər tazmaq olar .Bu yazılara reaksiya varmı .Elə bil ki, bütün belə hallar adiləşib ..Azad Mirzəcanızadə də alimdir, İsa həbibbəyli də.İroniya budur.
Rüsvayçılıqdır! Bu adamın oğlu gərək elmlə məşğul olaydı.İsa Həbibov oğluna deyib ki,ay bala,elm-zad nədir,pul gömrükdədir,cum ora,mən də buradan sənə yardım edəcəm.
Firuz qardaşıma: bunun kimilər ,dana-qoyun -keçinin pulu ilə ali mətəbə daxil olub,alim,akademik olublar.İki kəlmə sözü dal-dala deyə bilimirlər.Amma dələduzluğu,yataqlığı,satqılığı analarının qarnında öyrəniblər.Bunlar pəyədən çıxmış naxırçılar tayfasındandırlar.Bunları yeidən naxıra dana otarmaqa göndərəcəyik .
Bunun yeri Akademiya yox,ən yaxşı halda öz kəndlərində ədəbiyyat mülləimi olardı.
Bizim tehsilimiz olkede bu qeder akademik yetisdiribse ozu niye il ilden geriye gedir
Hara baxırsan yezidlərinin sifətlərinə rast gəlirsən....
ADAMIN BATİNİ SIFETINDƏ YAZILIB.......NECE OLMALIYDI....?
ALLAH bizi ailəlikcə acından öldürsün, amma Həbibbəylilər kimi dilə-dişə salıb xəcil etməsin. Çörəyimizi yavan da olsa, çətin də olsa halal yerdən yetirsin. Yetər ki, bizi doğru yolla yürüdüb ÖZ vüsalına qovuşdursun.
Az qala naxcivanin yarisi ya akademikdi ya da gomruk generali
Azərbaycanda niyə yülək vəzifələrdə Naxçıvandan Bakıya yığışan .... yerləşdirilib? Bu Azərbaycan xalqına bir növ genoşid deyil?
İsanın özünü niyə yoxlamırlar.
Bu adam alim yox,savadsız və dayaz bisrisdir.Vasif Talıbova yaltaqlandığı üçün akademik olub,gerisini söyləməsək də olar,hər şey bəllidir.
Bu ölkənin alimləri də mafioz çıxır. Daha kim qaldı?!