Menu

İlham Əliyev şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillərlə tanış olub - FOTOLAR (Yenilənib)

29.12.2021, 20:31
İlham Əliyev şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillərlə tanış olub - FOTOLAR (Yenilənib)

Dekabrın 29-da Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib. "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksindəki mənzillərlə tanış olub.

Başa çatmaqda olan 2021-ci ilin son iş günlərindəyik. Amma bu o demək deyil ki, dövlət tədbirlərinin keçirilməsində hər hansı ixtisar var. Onu da nəzərə almaq lazımdır ki, təkcə dekabr ayında Prezidentin gündəlik fəaliyyət xronikasında 12 rəsmi qəbul, Quba, Hadrut və Şuşa olmaqla 2 region səfəri, Belçika və Rusiyaya xarici səfərlər daxildir. Hava və avtomobil yolları ilə qət edilən ümumi məsafə isə 15 min kilometrdən artıqdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən amillərdən biri gərgin iş qrafikinə rəğmən, görülən işlərlə yerindəcə tanış olmaqdır. Bu amil xüsusilə sosial layihələrdə özünü daha qabarıq büruzə verir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il tarixli Fərmanına əsasən, 20 il və daha çox qüsursuz xidmət edən hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunurlar. İndiyədək 2208 hərbçi bu təşəbbüsdən faydalanıb.

Yeni 2022-ci ili daha 130 hərbçi ailəsi öz mənzilində qarşılayacaq. Onlardan 48-i Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində mənzillə təmin edilib.

Dövlət başçısı Hövsan Yaşayış Kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev MİDA-nın Yasamal Yaşayış Kompleksinə gəldi. Bu kompleksdə isə 82 hərbçi ailəsinə mənzil verilib. Dövlətimizin başçısı mənzillərə baxdı.

Mənzillər tam təmirlidir, mətbəx mebeli ilə təchiz olunub. Azərbaycan belə dövlət proqramının icra edildiyi nadir ölkələrdəndir.

Ümumiyyətlə, ölkəmizdə ordu quruculuğu prosesində hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində təqdim olunan növbəti mənzillər bunun əyani təsdiqidir.

16:24

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksdəki mənzillərlə tanış olub.

Şərhlər

Nadir 2022-01-01 22:21:23

DSX biyabirciliqdi, DSX-da 7-il gizir kimi xidmet eliyen ali tehsillilere leytenant rutbesi verilmir. Xahish edirem DSX-ki bezi generallari arashdirin gorek nece ile aliblar? general rutbesini.

Aladdin memmedov 2021-12-30 01:35:44

Araşdırsınlar görək DSX-de evler nece paylanıb.Veli Hűseynov nece ev alıb.Sonrada deyirler qal xidmet ele.

Dõyüşçu 2021-12-30 01:24:43

DSX-de Veli Hűseynov nece ev verilib.bizede ele verin

Təqaüdçülər qrupu 2021-12-29 16:58:58

Hörətli Prezidentimiz,cənab İ.Əliyev,
ƏməkTəqaüdçüləriin təqaüdlərinin 2022-ci il üçün ƏƏCMN tərəfindən artım faizinin 7.2 təyin etməsi ömrü boyu dövlətə işləyən,üzvlük haqqı vergi ödəməsi halında və eyni zamanda bu günə olan bütün sahələr üzrə qiymət artımının tempi ilə heç cür uyğunlaşmadığına görə bu məsələyə diqqət vermənizi rica edirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol