Menu

Azərbaycan 21 dustağı İrana ekstradisiya edəcək

29.12.2021, 20:10
Azərbaycan 21 dustağı İrana ekstradisiya edəcək

“Azərbaycan 21 dustağı İrana təhvil veriləcək".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi deyib.

Diplomat deyib ki, İran XİN başçısı Hüseyn Əmir Abdullahiyanın Azərbaycana səfərindən sonra səfirliyin səyi və Azərbaycan rəsmilərinin humanistliyi ilə bu ölkədə həbsdə olan 21 İran vətəndaşı ölkələrinə təhvil veriləcək. Onlar yaxın günlərdə İrana göndəriləcək. 

Səfir bildirib ki, təhvil veriləcək dustaqlardan üçü qadındır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol