Menu

Bakıda evlərin qiyməti ucuzlaşır

29.12.2021, 21:45
Bakıda evlərin qiyməti ucuzlaşır

Ötən ay Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində ucuzlaşma qeydə alınıb. Bu barədə Trend-ə “MBA Group” konsaltinq şirkətindən məlumat verilib.

Belə ki, noyabr ayında Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində 2,41 faiz ucuzlaşma qeydə alınıb.

Oktyabr ayında bahalı evlərin bir kvadratmetrinin qiyməti 1 711 manat, orta qiyməti olan evlərin dəyəri 933 manat, ucuz evlərin isə bir kvadratmetrinin qiyməti 485 manat təşkil edib.

Ekspertlər ucuzlaşmanın gələn il də davam edəcəyini bildirirlər.  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol