Menu

Liviyanın mədəniyyət naziri korrupsiya ilə bağlı saxlanılıb

30.12.2021, 00:01
Liviyanın mədəniyyət naziri korrupsiya ilə bağlı saxlanılıb

Liviyanın mədəniyyət və təhsil naziri Mabruka Osman Oki korrupsiya ittihamı ilə saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Hədas" telekanalı Liviya Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, habelə yoxlamalara mane olmaq məqsədilə sənədləri saxtalaşdırmaqda ittiham olunur.

Dekabrın 29-da Mabruka Osman Oki dindirilməyə çağırılıb. Prokurorluq işin bütün hallarının aydınlaşdırılması üçün araşdırmalarını davam etdirir.

Şərhlər

TT 2021-12-30 07:33:03

Yeyib yeyibdeee , ona qôre adam tuturlar beyem ,? Ayibdiyeee

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol