Menu

Bakıda tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

30.12.2021, 10:06
Bakıda tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il yanvarın 1-dək uzadılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol