Menu

“Hər gün 2-3 saat tıxacda qalırıq” - Deputat

30.12.2021, 11:23
“Hər gün 2-3 saat tıxacda qalırıq” - Deputat

“Bakıda hər gün 1 milyona yaxın insan, o cümlədən deputatlar 2-3 saat tıxacda qalırlar. Bu, doğru idarəetməmənin olmamasından qaynaqlanır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, aidiyyatı qurumlar bu məsələnin gələn il həlli ilə bağlı ictimaiyyətə söz verməlidir: “Bu gün Bakıda parklanma sistemi həll olunmayıb. Bir məmurun iş saatı 9-da başlayırsa, o saat 7-dən evdən çıxır. Biz 2022-ci ili Bakı şəhərinin xilas ili kimi qiymətləndirməliyik. Bu problemin həlli ilə bağlı yol xəritəsi təqdim olunmalıdır”.

Şərhlər

F.Mustafaya 2021-12-30 12:26:02

Guya onun tıxacda qalmasının kiməsə,nəyəsə ziyanı var.Onsuz da onlar xalq üçün yox.özləri və onları oraya soyahiyə yazanların yanındadıtlar.Qoy elə yollarda qalsınlar.Onlardan millətə heç bir yardım gələn deyil.20 ildir MM bir dənə də olsun mülləti narahat edən məsələləri müzakirə edib qərar çıxararaq onun həllinə nail olmayıblar.Belə deputatlar xalqdan ayrı.qondarmadırlar.

t.ədalət 2021-12-30 11:47:47

Tıxacla əlaqədar yazılar yazırıq,yol göstəririk,ancaq başı pul toplamaqla qarışıq olan BNA və digər qurumlar nəticə çıxarmırlar..

Qasanaqa 2021-12-30 11:36:05

Gedib nə iş görürsüz ki,parlametdə oturmuş tıxacda qalmış fərqi yoxfu

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol