Menu

Azərbaycanda 201 əcnəbi tələbə dövlət hesabına təhsil alır

30.12.2021, 12:07
Azərbaycanda 201 əcnəbi tələbə dövlət hesabına təhsil alır

Azərbaycanda 201 əcnəbi tələbə dövlət hesabına təhsil hüququ əldə edib.

"Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ilin yekunları ilə bağlı hesabatında bildirilib.

Qeyd olunub ki, ölkə Prezidentinin sərəncamları ilə təsis edilən Təhsil Qrantı Proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 67 ölkədən 125 əcnəbi təhsil almaqdadır.

Bundan başqa, cari tədris ilində Macarıstan, Qazaxıstan, Çin vətəndaşlarının qəbulu aparılıb. Hazırda 4 fərqli ölkədən 76 əcnəbi tələbə bu çərçivədə yerli ali təhsil müəssisələrində təhsil alır.

Ümumilikdə, 69 ölkədən 201 nəfər əcnəbi tələbə Azərbaycan ali təhsil müəssisələrində təhsil alır.

Şərhlər

Müəllim 2021-12-30 12:20:24

Azərbaycan vətəndaşlarını pullu təhsilə məcbur qoyaraq əcnəbilərə bu canfəşanlığın mənası anlaşılan deyil. Təhsilin bütün növləri ( orta,ali. peşə texnikii) Azərbaycan kimi ölkədə pulsuz olmalıdır.Buna ölkənin maddi,material ehtiyatları imkan verir.Millətinə yalnız kommersiya prizmasından baxmaq yanlış idarəçiliyin məhsuludur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol