Bakı Musiqi Akademiyasının rektoru, pianoçu, Xalq artisti Fərhad Bədəlbəylinin dekabrın 27-də ad günü olub.
“AzPolitika.info” xəbər verir ki, 74 yaşı tamam olan görkəmli musiqi xadimi rəhbərlik etdiyi akademiyada tələbələrlə görüşüb və orkestrin ifa etdiyi musiqinin sədaları altında rəqs edib. Sözügedən səhnələri əks etdirən video sosial şəbəkələrdə yayılıb və böyük rəğbətlə qarşılanıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Moskvada Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələrinin görüşündə Fərhad Bədəlbəyli də iştirak edib.
“AzPolitika.info”


Şərhlər