Menu

Avropada qazın qiyməti 1 000 dollardan aşağı düşüb

30.12.2021, 22:24
Avropada qazın qiyməti 1 000 dollardan aşağı düşüb

Dekabrın 6-dan bəri ilk dəfə olaraq qaz qiyməti hər 1 000 kubmetr üçün 1000 ABŞ dollarından aşağı düşüb. “Report” xəbər verir ki, bunu ICE birjasının məlumatları sübut edir. Avropada qazın qiymətinin ümumi azalması 12% təşkil edib.

Niderlandın TTF mərkəzi üzrə yanvar fyuçers müqaviləsinin qiyməti min kubmetr üçün 987 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, dekabrın 21-də Avropada qazın birja qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2 000 ABŞ dolları keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol