Menu

Bakıda oğurlanan iki yaşlı uşağın anası danışdı - VİDEO

31.12.2021, 00:11
Bakıda oğurlanan iki yaşlı uşağın anası danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, paytaxtın Sabunçu rayonunda iki yaşında uşağın oğurlandığı iddia olunur.

“Xəzər TV” xəbər verir ki, uşağın anası deyir ki, oğlu dörd övladının gözü qarşısında yaşadığı evdən oğurlanıb.

O, hətta övladını oğurlamaqda şübhəli bilinən qadını tanıdığını da iddia edir.

Bəs həmin şəxs kimdir?

Kürdəmir sakini Reyhan Şıxəliyeva bildirir ki, iki gün əvvəl işdə olarkən həyat yoldaşı ona övladlarının oğurlandığını deyib. Ana dərhal işlədiyi bazardan evə gəlib.

Reyhan Şıxəliyevanın sözlərinə görə, həmin qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək, həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb.

Hadisədən sonra uşağın valideynləri ''102'' xidmətinə məlumat veriblər. Hadisə yerinə ərazi üzrə 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib, valideynlərin şikayət ərizəsini alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, uşağın tapılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Şərhlər

oxucu 2022-01-01 23:07:08

Tecili butun televiziya kanallarinda gosterilsin foto robot ile tertib olunan foto shekil kriminal, cinayetkar, oqru , eclaf qadinin ashkar olunmasi , tapilmasi uchun, bu vehshi qadin oqurlayib 2 yashinda olan korpe ushaqi, bu dehshetli bir cinayetdir, yaziq korpe ushaqi , bu eclaf qadin saq - salamat qoymaz, Tecili, polislere melumat versinler butun vetendashlar, avtobus marshrutlarinda, avtobus suruculeri elan etsinler bu dehshetli hadiseni, cinayetkar qadin tapilsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol