Kobanidə İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı vuruşmaq üçün Şimali İraqdan yola çıxan peşmərgə qüvvələri dünən axşam Türkiyənin Şanlıurfa vilayətinə çatıb.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, kürdlərin yaşadığı vilayətdə peşmərgə qüvvələrini qarşılamaq üçün minlərlə insan küçələrə axışıb.
Qarşılama zamanı diqqət çəkən məqamlardan biri yerli sakinlərin kürdçə “Biji serok Obama”, yəni “Yaşasın başqan Obama” qışqırması olub.
Kürdlər əvvəl keçirdikləri aksiyalarda əsasən “Biji serok Apo”, yəni “Yaşasın başqan Apo” deyə şüarlar səsləndirirdilər.
Türkiyə ərazsindən keçən peşmərgə qüvvələrinin bəzi döyüşçülərinin formasında ABŞ bayrağı olub. Peşmərgəni qarşılayan kürd uşaqların üzlərinə rəngli boyalarla “Kürdüstan” və ABŞ bayraqları çəkilib.


Şərhlər