Menu

ABŞ-da Yeni il şənliyində atışma zamanı 3 nəfər ölüb, 4 iştirakçı yaralanıb

01.01.2022, 22:57
ABŞ-da Yeni il şənliyində atışma zamanı 3 nəfər ölüb, 4 iştirakçı yaralanıb

ABŞ-ın Missisipi ştatının Qalfport şəhərində Yeni il şənliyi zamanı baş verən atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə yerli WLOX telekanalı polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şənlik zamanı baş verən mübahisə atışma ilə nəticələnib.

Telekanal bildirib ki, xəsarət alan bir nəfərin vəziyyəti ağırdır. Atışma zamanı yaralanan digər üç nəfərin - iki kişi və bir qadının həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol