Menu

Rusiyada avtobus qəzasında beş nəfər ölüb - VİDEO

02.01.2022, 11:08
Rusiyada avtobus qəzasında beş nəfər ölüb - VİDEO

Rusiyanın Ryazan vilayətində beş nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Belə ki, Moskvadan Həştərxan istiqamətində hərəkət edən “Neoplan” müntəzəm avtobusu dəmir yolu körpüsünün dayağına çırpılıb, nəticədə beş nəfər ölüb, ikisi azyaşlı olmaqla 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtobusda 52 nəfər olub. Xəsarət almayanlar üçün müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol