Türkiyədə güləş komandasının idmançılarını daşıyan mikroavtobus dərəyə aşıb. Qəza Amasya - Çorum yolunda baş verib.
Hadisə nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb.
İnsident sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Yaşları 18-24 arasında olan idmançıların Çorumda keçiriləcək U23 Sərbəst Güləş üzrə Türkiyə Çempionatında iştirak etmək üçün Batmandan yola düşdüyü bildirilib.( “Haber Global”)


Şərhlər