Azərbaycan ordusunun əsgəri mina partlayışı nəticəsində xəsarət alıb.

Yanvarın 2-də saat 17 radələrində Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edilir ki, müəyyən edilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.