Menu

NATO üzvlüyünə müraciət imkanımızı saxlayırıq - Finlandiyanın Baş naziri

03.01.2022, 00:21
NATO üzvlüyünə müraciət imkanımızı saxlayırıq - Finlandiyanın Baş naziri

Finlandiyanın Baş naziri Sanna Marin bildirib ki, Şimali Atlantika alyansının Avropa İttifaqı ilə hərbi əməkdaşlığı gücləndiyi vaxtda ölkəsi Alyansa üzvlük üçün müraciət imkanlarını saxlamalıdır.

APA-nın xəbərinə görə, bu barədə “Yle” televiziyası məlumat yayıb.

“Biz NATO üzvlüyünə ərizə vermək imkanımızı saxlayırıq. Bizim üçün seçim azadlığını dəyərləndirmək və onu real hesab etmək zəruridir. Çünki söhbət ölkənin təhlükəsizliyi barədə qərar qəbul etməkdən gedir” – deyə, hökumət başçısı bildirib.

Finlandiya prezidenti Sauli Niinistye də, Yeni il müraciətində bildirib ki, Helsinkinin xarici siyasət kursu sabitdir. Finlandiya lazım gəldikdə NATO-ya üzvlüklə bağlı müraciət hüququnu özündə saxlayır.

Şərhlər

Bayden yeniliyinə 2022-01-03 10:41:12

NATO hərbi müdafiə birliyidir! KTMT də təhlükəsizlik birliyidir! Ancaq, (indiki MDB) keçmiş doğma-Azərbaycan, Moldova, Gürcüstan və Ukraynanın işğalına Kreml özü HƏRBİ dəstək verib və verməkdədir? Bu baxımdan C.Baydenin bərabər ədaləti adekvat alternativ kimi qəbul edilə bilər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol