Menu

“Kargu” PUA-larının Qarabağ müharibəsində istifadəsi ilə bağlı foto üzə çıxıb - KİV

03.01.2022, 09:53
“Kargu” PUA-larının Qarabağ müharibəsində istifadəsi ilə bağlı foto üzə çıxıb - KİV

Azərbaycan hərbçiləri Qarabağın erməni işğalından azad edilməsi ilə bağlı keçirdiyi hərbi əməliyyatlar zamanı güclü duman səbəbindən görmə məsafəsinin olduqca çətinləşdiyi vaxt “Kargu” kamikadze PUA-larından istifadə edib.

“Report” xəbər verir ki, bu barədə “Bəyazgəzete” məlumat yayıb.

Qeyd edilir ki, 2020-ci il noyabrın 8-də Qarabağın Ermənistanın işğalından azad etməsinin 1-ci ildönümündən sonra müharibə zamanı baş verən hadisələr və Azərbaycan Ordusunun uğurları gündəmə gəlməkdə davam edir. Müharibə zamanı Azərbaycan hərbçilərinin istifadə etdiyi “Kargu”nun fotosu yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol