Menu

Ağdam şəhərində tamaşaçı tutumu 15 min nəfərdən çox olan yeni stadion tikiləcək

03.01.2022, 20:01
Ağdam şəhərində tamaşaçı tutumu 15 min nəfərdən çox olan yeni stadion tikiləcək

Ağdam şəhərində tamaşaçı tutumu 15 min nəfərdən çox olan yeni stadion tikiləcək. Yeni stadion əvvəlki yerində - Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində inşa ediləcək.

Trend-in məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, hazırda burada layihələndirmə işləri gedir. “Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırılır. İdman təmayüllü orta məktəbin, Azərbaycanın digər yerlərindən bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur”, – deyə Emin Hüseynov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol